İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada savaşdan qayıdan “Vaqner” banditləri öz vətəndaşlarını öldürürlər

Xəbər verildiyi kimi Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ukraynada savaşmaq üçün məhkumları öz sıralarına cəlb edir. Məhkumlara 6 ay savaşdıqdan sonra azadlıq vəd olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müharibədən geri dönən bəzi “Vaqnerçi”lər köhnə “peşələrini” layiqincə davam etdirirlər. Müharibədən qayıdan rus əsgərləri indi “arxa cəbhədə” Rusiya vətəndaşlarına qarşı “döyüşürlər”.

Ukrayna cəbhəsindən qayıdan Vaqnerçi Georgi Siyukayev 38 yaşlı Soslan Vəliyevin qətlində şübhəli bilinərək saxlanılıb. Vəliyev aprelin 17-də Tsxinvalidə bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Rostovda Ukraynadan qayıdan əsgər taksi sürücüsü Roman Qovasarini güllələyib. Buna səbəb taksi sürücüsünün “siyasi açıqlamaları” olub.

Əvvəllər qətlə görə məhkum olunmuş Vaqnerçi 85 yaşlı qonşusu Yuliya Buyskixi bıçaqlayaraq öldürüb. Məlum olub ki, qatil qadını uşaqlıqdan tanıyırmış və hətta tələbəlik illərində onun evində qalıbmış.
Petrozavodskda müharibədən qayıdan 49 yaşlı hərbçi naməlum səbəbdən həyat yoldaşı Viktoriya Yakimovanı güllələyib.

Kostroma vilayətində müharibədən evə qayıdan 23 yaşlı hərbçi gecə klubunu yandırıb. Həmin hadisədə 13 nəfər diri-diri yanıb.

Son məhkəmə statistikası təsdiqləyir ki, Ukraynadakı müharibə Rusiyadakı zorakılığın səviyyəsinə birbaşa təsir göstərir. 2022-ci ildə Rusiyada silahdan istifadə ilə cinayətlərin sayı 30%, qətllərin sayı isə 20 ildə ilk dəfə artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR