İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada nazirlər kütləvi şəkildə İSTEFA VERİR

Ukraynanın bir neçə naziri istefa ərizəsi yazıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk sosial şəbəkələrdə məlumat yayıb.

WhatsApp Image 2024-09-03 at 20.22.42.jpeg (21 KB)

O bildirib ki, bir neçə nazir Ukrayna parlamentinə istefa ərizəsi təqdim edib.

Müraciətlərin Strateji Sənaye, Ədliyyə və Ekologiya nazirlərindən təqdim edildiyi qeyd olunur.

Onlarla birlikdə Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri də istefa ərizəsi yazıb. Stefançukun sözlərinə görə, müvafiq müraciətlərə qarşıdakı plenar iclaslardan birində baxılacaq.

Xatırladaq ki, avqustun 30-da Volodimir Zelenskinin "F-16" qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandirini işdən çıxardığı bəlli olmuşdu.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR