Onlayn ictimai-siyasi qəzet
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 050 hərbçisi məhv edilib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumatda bildirilib ki, son sutka ərzində 630 Rusiya hərbçisi zərərsizləşdirilib.
Rusiya ötən gecə İran istehsalı olan “Şahed” PUA-lar vasitəsilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Ölkə müdafiəçiləri 10 “Şahed”dən 8-ni sıradan çıxarıblar. Məlumatda qeyd edilib ki, bu, son 25 gün ərzində Kiyevə ilk hücum olub.
Musavat.com
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ