İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hərbi vəziyyət və səfərbərlik daha bir ay uzadılacaq

Prezident Volodimir Zelenski Ali Radaya "Ukraynada hərbi vəziyyətin uzadılması haqqında" Fərmanın təsdiqi barədə qanun layihəsi təqdim edib. Bundan başqa “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərman layihəsi də təqdim olunub.

AZƏRTAC xəbər verir ki, sənədlərə əsasən hərbi vəziyyət və səfərbərlik daha 30 gün müddətinə uzadılacaq.

Qeyd edək ki, bundan öncə Ukraynada hərbi vəziyyətin və səfərbərliyin aprelin 25-dən 30 gün müddətinə uzadılması barədə sənədlər qəbul olunmuşdu. Yeni sənədlərə görə, ölkədə hərbi vəziyyət və səfərbərlik daha bir ay - iyunun 25-dək uzadılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR