İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hərbi sahəyə 14,6 milyard dollar xərclənəcək

Ukraynada hərbi sahəyə ayrılan dövlət büdcəsi xərclərinin 537,2 milyard qrivnaya (14,6 milyard dollar) qədər artırılmasını nəzərdə tutan qanun aprelin 15-də qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, sənədin mətni Ali Radanın rəsmi qəzetində dərc olunub. Qanunvericilik aktı 518 milyard qrivnanın Ukrayna ordusunun ehtiyaclarına, 19 milyard qrivnanın isə dövlət büdcəsinin ehtiyat fonduna, o cümlədən 2 milyard qrivnanın istehkamların inşasına yönəldilməsini nəzərdə tutur.

Martın 21-də Ali Radanın qəbul etdiyi sənəd aprelin 11-də Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb. Baş nazir Denis Şmıqal həmin vəsaitin qərbli tərəfdaşların dəstəyi hesabına ayrılacağını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR