Onlayn ictimai-siyasi qəzet
Ukrayna xüsusi xidmətləri “Pautina” (“Hörümçək toru”) əməliyyatına bənzər digər mürəkkəb əməliyyatlara hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Trampın sülhməramlı rolundan getməsi ilə Ukrayna öz xüsusi xidmət orqanlarından həmişəkindən daha çox asılıdır və Rusiya Federasiyasının dərinliklərinə ciddi zərbələr endirmək qabiliyyətini nümayiş etdirib. “Pautina” əməliyyatının uğuru Ukraynanın danışıqlar masasında “yenidən başlamaq” üçün cəsarətli cəhdi oldu.
Məlumatda bildirilir ki, Rusiyanın strateji bombardmançılarının vurulması ABŞ prezidenti Trampda narazılıq yaradıb. Belə ki, ABŞ lideri Ukraynaya dəstəyi dayandıra bilər.
“The Atlantic” yazır ki, Trampın fikrincə, bu hücum onun qətiyyətlə sona çatdırmağa çalışdığı müharibəni davam etdirə bilər.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ