Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha Rusiyanın razılaşmaları sanksiyaların ləğvi və digər məsələlərlə şərtləndirməyə çalışdığını bildirib.
“Təəssüf ki, artıq görürük ki, Rusiya manipulyasiya etməyə və razılaşmaları sanksiyaların ləğvi və ya başqa bir şeylə şərtləndirməyə çalışır. Lakin bu, yalnız Rusiyanın öz açıqlamalarında əks olunur. Rusiya hər zaman yalan danışır, lakin Putin müharibəni uzatmağa davam edərsə, bu, bütün dünya üçün daha da aşkar olacaq”, – deyə o, Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra bildirib.
Sıbiha vurğulayıb ki, Ukrayna artıq martın 11-də ABŞ-ın 30 günlük tam atəşkəslə bağlı təklifini qəbul edib, lakin Rusiya bu təklifi rədd edib.
"Biz Rusiyanın sözlərinə inanmırıq və heç kim inanmalı deyil. Hamı Rusiyanın açıqlamalarına deyil, onun real addımlarına diqqət yetirməlidir. Qarşıdakı günlər Rusiyanın sülhə ciddi yanaşıb-yanaşmadığını və ya ABŞ-ı və dünyanı aldatmağa çalışdığını müəyyən etmək baxımından həlledici olacaq. Təzyiq – Rusiyanın yalanlarına qarşı yeganə vasitədir. Moskva hər hansı manipulyasiya və ya razılaşmaların pozulmasına görə müvafiq nəticələrlə üzləşməlidir. Biz tərəfdaşlarımızla birlikdə bunu təmin etmək üçün işimizi davam etdiririk”, – deyə Ukrayna XİN rəhbəri qeyd edib.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ