Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzeqar Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi, sentyabrın 9-da Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iranlı diplomata ölkəsinin ballistik raketlərini Rusiyaya ötürə biləcəyindən dərin narahatlıq ifadə edilib.
Bundan əlavə, diplomata "sərt formada" xəbərdarlıq edilib ki, Rusiya Federasiyasına ballistik raketlərin tədarükü ilə bağlı məlumat təsdiqlənərsə, bu, Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı nəticələrə səbəb olacaq.
Sentyabrın 6-da "The Times" qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya İrandan 200-dən bir qədər çox ballistik raket alıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ