İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ: Kursk əsirləri dəyişdirilir

Ukrayna Kurskda götürülən əsirlərin dəyişdirilməsi üçün Rusiya ilə danışıqlara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb. Məlumata görə, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets dünən milli telemarafonda bildirib ki, Rusiya Ombudsmanı Tatyana Moskalkova mübadilənin təfərrüatlarını müzakirə etməyə başlamaq üçün onunla əlaqə saxlayıb. BBC xəbər verir ki, Moskalkovanın özü bu barədə açıqlama verməyib.

Ukrayna tərəfində danışıqlara cavabdeh olan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi FT-yə mübadilə üzərində işlədiyini təsdiqləyib.

Rusiya rəsmiləri daha əvvəl Moskvanın əsir mübadiləsini dayandıra biləcəyinə eyham vurmuşdular. Lakin Lubinets deyib ki, Moskalkova ilə söhbəti ona ümid verib ki, tərəflər tezliklə bu məsələdə irəliləyəcəklər. Onun sözlərinə görə, Moskva və Kiyev məhbuslar haqqında məlumat mübadiləsi aparır. Lubinets həmçinin bildirib ki, o, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə “Rusiyalı hərbi əsirlərin hüquqlarının qorunduğunu və Ukraynanın istənilən vaxt Cenevrə Konvensiyasına əsaslanan mübadilə proseslərini davam etdirməyə hazır olduğunu” bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR