Onlayn ictimai-siyasi qəzet
Ukraynada ABŞ Konqresinə aralıq seçkilərdə respublikaçıların qələbəsinin rəsmi Kiyevə dəstəyinə necə təsir edəcəyi ilə bağlı narahatlıq artır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı nüfuzlu “Politico” saytında maraqlı yazı dərc olunub. Ukrayna baş nazirinin keçmiş müavini və hazırda müxalifətdə olan deputat İvanna Klimpuş-Tsintsadze “Politico”ya müsahibəsində qayğılarını dilə gətirib:
“Ümid edirik ki, hazırda ABŞ-da gedən partizan debatının qurbanı olmayacağıq. Belə bir qorxu var, çünki biz digər ölkələrin də bizi dəstəkləməsi baxımından ABŞ rəhbərliyindən çox asılıyıq”.
Ukraynalıların qorxuları əbəs deyil. Çünki respublikaçılar qalib gəlsə, Nümayəndələr Palatasının gələcək spikeri olaraq baxılan Kevin Makkarti keçən ay Konqresin sağçıların nəzarətinə qayıtması halında rəsmi Kiyevin rahatlıqla “kart-blanş” almayacağını söyləyib. Bayden administrasiyası hökumətin Ukraynanı dəstəkləmək öhdəliyi ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışır. Lakin Konqresdəki respublikaçı güc Kiyevə daha az dəstək verməyə və ABŞ-ın daxili məsələlərinə daha çox diqqət yetirməyə çağırır.
Kiyevdə yaşayan və çalışan Ukrayna əsilli Mia Uillard da, Respublikaçılar Partiyasındakı Tramp qanadının güclənməsindən olduqca qorxduqlarını söyləyib.
“Bu yaxınlarda mən respublikaçı Marcori Teylor Qrinin “Respublikaçılar Konqres seçkilərində qalib gələrsə, Ukraynaya bir qəpik də getməyəcək” vədini oxudum və çox narahat oldum”, - deyə o, bildirib.
Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, ABŞ-ın Ukraynaya ümumi hərbi, maliyyə və humanitar yardımı 52 milyard avroya çatıb. AB ölkələri və qurumları isə birlikdə rəsmi Kiyevə 29 milyard avrodan bir qədər çox yardım edib.
“İndi Birləşmiş Ştatlar bütün AB ölkələri və qurumlarından demək olar ki, iki dəfə çox üzərinə yük götürür. Üstəlik, Avropa ölkələri maliyyə yardımlarını çoxu uzun gecikmələrlə Ukraynaya verirlər”,-deyə ” Kil İnstitutunun nümayəndəsi Kristof Trebeş sayta danışıb.
Musavat.com
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ