Onlayn ictimai-siyasi qəzet
Ciddədə Ukrayna-Amerika danışıqları Kiyev üçün həlledici məqam ola bilər.
Musavat.com bu barədə “The Economist”ə istinadən məlumat verir.
Nəşr Ukrayna rəsmilərinə istinadən yazır ki, Kiyevdə isə bu barədə fikirlər iki hissəyə bölünür. Bəziləri ABŞ-nin davamlı dəstəyinə ümid edir, bəziləri isə bu danışıqlarda iştirak payının “həmişəkindən daha yüksək” olduğu barədə xəbərdarlıq edir.
Uğursuzluq halında Vaşinqton Ukraynaya təzyiqləri artıraraq, onu Rusiya ilə razılaşmalara razılaşmağa məcbur edə bilər.
Nəşr danışıqların sərt keçəcəyini proqnozlaşdırır.
Toğrul İSMAYIL,
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ