Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində polşalı həmkarı Donald Tusku Ukrayna məsələsində aqressiv siyasət aparmaqda günahlandırdı.
Musavat.com Gazeta.ru saytına istinadla xəbər verir ki, Macarıstan lideri paylaşımda Polşanın baş nazirini "Avropada müharibənin ən yüksək təhrikçilərindən biri" adlandırıb. Orbanın sözlərinə görə, Tuskun hərbi siyasəti uğursuzluğa düçar olur.
"Ukraynanın Avropa pulu tükənir və Polşa xalqı müharibədən bezib. Kursu nə dəyişə bilər, çünki bu, Polşanı Brüsselin vassalına çevirib", - Macarıstanın baş naziri yazıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayan gündən bəri Orban az qala günaşırı Ukraynaya qarşı çıxışlar etməkdədir. O, gizlətmir ki, Avropnanın Kiyevi müdafiə etməməsini, Ukraynanın isə Rusiyaya təslm olmasını istəyir.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ