İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna sualtı qayıqlardan raketlərlə vurula bilər" - The Times

Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda Moskva bu ölkəyə qanadlı raketlər atmaq üçün Qara dənizdəki sualtı qayıqlardan istifadə edə bilər.

AzVision.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

"Rusiya Donbasa mindən çox "vaqnerçi" göndərə bilər" - NATO rəsmisiNəşrin məlumatına görə, ekspertlər qeyd edirlər ki, "Kilo" sinifli sualtı qayıqlar müntəzəm olaraq Rusiya limanlarında uzaqmənzilli raketlərin və döyüş başlıqlarının ehtiyatını artırır və yenidən suyun altına enir.

Məsələn, araşdırmaçı Benjamin Pittet 15 aprel tarixinə aid peyk fotosunu yayaraq iddia edib ki, görüntülərdə işğal altındakı Sevastopol limanında Rusiya sualtı qayığına “Kalibr” raketlərinin yüklənməsi qeydə alınıb.

Analitik Sutton isə Rusiyanın Qara dənizdə 2500 kilometrə qədər hədəfi vur bilən "Kalibr" raketləri ilə silahlanmış ən azı dörd "Kilo" sinifli sualtı qayığı var.

Nəşr onu da yazıb ki, 50 metrə qədər dərinlikdən raket buraxılışlarını hətta peyklərin köməyi ilə belə aşkar etmək çətindir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR