İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna son sutkada Rusiyanın 19 PUA və 5 zərbə helikopterini məhv edib

Ukrayna Hərbi Hava Qüvvələri və zenit-raket bölmələri son sutkada Rusiyanın 5 ədəd Ka-52 hücum helikopterini İran istehsalı olan 17 ədəd “Shahed-136” PUA-nı və 2 ədəd “Zala Lansent” PUA-nı məhv edib.

BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası Rusiyanın hava hücumundan müdafiə vasitələrinə, tağım və rotasiya mövqelərinə, maddi-texniki təchizatına, yanacaq-sürtkü materialları və döyüş sursatlarının səhra anbarlarına, eləcə də canlı qüvvəsinə zərbələr endirməklə müxtəlif istiqamətlərdə bölmələrin hücum hərəkətlərinə dəstək verməyə davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR