İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyaya ŞOK yaşadır: son bir ay ərzində... - SENSASİYA

Son bir ay ərzində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) və raket hücumları nəticəsində Rusiyanın neftayırma zavodları, yanacaq anbarları və boru kəmərləri hədəfə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşr yazır ki, hücumlar nəticəsində Rusiyanın neft məhsulları istehsalı müvəqqəti olaraq 10% azalıb və ölkənin mühüm sənaye sahəsində xaos yaranıb.

"Bu ay ruslar üçün ən pis dövr ola bilər, çünki Ukrayna daha güclü və tez-tez hücum edir. Fevralın 6-da Ukrayna PUA-ları Rusiyanın cənubundakı Saratov şəhərində yerləşən "Rosneft" neftayırma zavoduna zərbə endirib", – deyə məqalədə bildirilir.

Hücumdan sonra çəkilən videolarda zavod üzərində nəhəng alovların yüksəldiyi görünür. 

Forbes” qeyd edir ki, Saratov zavodu ildə 7 milyon ton neft emal edir, bu isə Rusiyanın ümumi neftayırma gücünün 2%-dən çoxuna bərabərdir.

"Neftayırma zavodları təmir oluna bilər, lakin onlar ardıcıl partladılarkən bunu etmək mümkün deyil", – deyə məqalədə vurğulanır.

Nəşr xatırladır ki, son ay ərzində Ukrayna qüvvələri Saratovdakı neft obyektlərinə dəfələrlə hücum edib. Fevralın 7-də isə PUA-lar Rostovdakı neftnasos stansiyasına və Volqoqraddakı neftayırma zavoduna zərbə endirib. Bundan əvvəl, fevralın 5-də Krasnodar diyarındakı neft bazası hədəfə alınıb.

Hücumların əsas məqsədi Rusiya neft sənayesini zəiflətmək və ixrac imkanlarını məhdudlaşdırmaqdır. "Rosneft" artıq modernləşdirmə planlarından imtina edə biləcəyini açıqlayıb, çünki daimi hücumlar səbəbindən təmir işləri və yeni investisiyalar mümkünsüz görünür.

Ruslar bu hücumların qarşısını almağa çalışsa da, hava hücumundan müdafiə sistemləri kifayət qədər effektiv deyil.

Məlumata görə, Rusiya bəzi bazalarda və yanacaq anbarlarında müdafiə tədbirlərini gücləndirsə də, ərazisinin genişliyi səbəbindən bütün obyektləri qorumaq çətindir.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri hər yerə çata bilmir. ABŞ-ın istefada olan general-leytenantı Mark Hertlinqin dediyi kimi, "hər yeri qorumaq mümkün deyil", – deyə "Forbes" yazır.

Ukraynanın hücumları nəticəsində Rusiya neft sektoru getdikcə daha çox təzyiq altında qalır və ixrac strategiyasında ciddi problemlərlə üzləşir.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR