İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna Qərb silahları üçün sınaq meydanına çevrilib” - ŞOK ETİRAF 

“Ukrayna Silahlı Qüvvələri (USQ) hava hücumundan müdafiə bölmələrini Qərb sistemləri ilə tam əvəz etmək niyyətindədir, çünki sovet sistemləri üçün sursat və ehtiyat hissələrini gətirmək çətindir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.

“Bəli, bu gün biz köhnə sovet silahlarının potensialını itiririk, çünki bir tərəfdən avadanlıq xarab olur, digər tərəfdən isə sovet zenit raketləri artıq azalıb”, - deyə o bildirib.

“Hər halda, bizdə olan bütün sovet texnika parkını əvəz edəcəyik. Bunlar “S-125”, “Buk-M1”, “C-300”lərin müxtəlif modifikasiyalardır ki, gələcəkdə onlardan istifadə edə bilməyəcəyik”, - deyə ordu rəsmisi qeyd edib.

Yuri İqnatın sözlərinə görə, bundan sonra əsas diqqət “SAMP-T”, “Patriot”, “Iris-T”, “NASAMS”, “Crotale” tipli raket sistemlərinə, həmçinin “Gepard” zenit toplarına yönələcək.

Bununla bərabər, Yuri İqnat bir məsələni də etiraf edib. Onun dediyinə görə, Ukrayna Qərbin hava hücumundan müdafiə sistemlərini döyüş şəraitində yoxlamaq üçün əsl sınaq meydanına çevrilib: “Əslində biz Qərbin yeni silahlarını sınaqdan keçiririk və onların necə işlədiyini göstəririk”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR