Onlayn ictimai-siyasi qəzet
"ABŞ və Rusiya bir çox məsələrdə anlaşıblar, yəni, ikitərəfli məsələlərdə anlaşmalar var. Ukrayna məsələsində anlaşma məsuliyyətini Tramp öz üzərinə götürmür, götürmək istəmir".
Musavat.com bildirir ki, bu barədə ekspert Natiq Cəfərli sosial media hesabında qeyd edib.
Ekspert bildirib ki, Tramp Ukrayna və AB qarşısında iki seçim qoyur:
"Torpaq güzəşti və atəşkəsin detalları ilə bağlı Zelenski-Ukrayna qərar versin, AB isə bu prosesdə zamin olsun, ikincisi, müharibəni davam etdirmək isitəyirsinizsə, ABŞ birbaşa bu müharibədə iştirakdan çəkilir, AB Ukrayna üçün silah almaq istəsə, əlini cibinə salsın, gəlsin-alsın, sonra Ukraynaya versin.
AB ölkələrinin istəyi budur ki, Ukrayna öz fədakarlığı ilə daha 2-3 il müqavimək göstərsin, Avropa zaman qazansın, bu zaman kəsimində öz hərbi-sənaye kompleksini işə salıb, Rusiya ilə ehtimal edilən toqquşmaya hazır olsun.
Ukrayna haqqında Ukraynasız, və ya Ukrayna ilə birgə - fərq etməz, nə danışırlar-danışsınlar, təəssüf ki, Kiyev üçün yaxşı çıxış yolu görünmür. Pislə, çox pis arasında gedib-gələn Ukrayna görürük. Hakbuki, İstanbul anlaşması olsaydı, 2022-də Ərdoğanın əziyyəti nəticə versəydi, bu Ukrayna üçün bizim 1994-də imzaladığımız “Bişkek Protokoluna” bəznər şərait yaranacaqdı. Bu sənəd Ukraynaya yaxın 10-15 ildə, post-Putin dönəmində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün “əl yeri” qoyacaqdı. Təəssüf ki, olmadı.
İndi Zelenski ABŞ-a gəlir, çox sərt, daha ağır şərtlərlə üzbəüz qalacaq, qəbul etsə də, imtina etsə də onun üçün dəyişən bir şey olmayacaq – siyasi karyerası bitir".
Xalidə Gəray
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ