İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusunda ağır itki – Suma şəhərinə zərbə nəticəsində polkovnik həlak oldu

Suma şəhərinə endirilmiş zərbə Ukrayna Silahlı Qüvvələri üçün ağır itkiyə səbəb olub – yüksək rütbəli zabit həyatını itirib.

Musavat.com xəbər verir ki, Berdıçev Rayon Administrasiyası dünənki hücum nəticəsində 26-cı artilleriya briqadasının komandir müavini və A1476 saylı hərbi hissənin komandiri polkovnik Yuriy Yulanın həlak olduğunu açıqlayıb.

Hadisənin baş verdiyi ərazidə daha öncə 117-ci ərazi müdafiə briqadası yaradılmasının ildönümü qeyd olunurdu. Bu barədə Kono­t­op şəhərinin meri Artem Semenixin məlumat verib.

Zərbənin ildönümü mərasiminə təsadüf etməsi hücumun məqsədli ola biləcəyi ehtimalını gündəmə gətirir. Ukrayna ordusu üçün simvolik və strateji əhəmiyyət daşıyan bu itki ölkədə ciddi rezonansa səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR