Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətində dəniz limanına zərbələr endirib.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilir ki, limanda İrandan “Şahed” dronları üçün komponentlər daşıyan gəmi vurulub.
Məlumata görə, Olya dəniz limanı Rusiya tərəfindən İrandan hərbi malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur.
Eyni zamanda, İrandan silah daşıyan gəmi vurulub, Baş Qərargah qeyd edir: “Mövcud məlumata görə, İrandan gətirilən Shahed PUA-nın komponentləri və döyüş sursatları ilə yüklənmiş “Port Olya 4” gəmisi vurulub”
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ