İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstem Umerov İstanbulda – Danışıqlara start verilir - VİDEO  

Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rüstem Umerov artıq İstanbula çatıb.

Musavat.com xəbər verir ki, onun gəlişi Ukrayna ilə Rusiya arasında bu gün keçiriləcək yeni danışıqlar raundu çərçivəsində baş tutub.

Umerovu İstanbulda Ukraynanın Türkiyədəki səfiri Nariman Celal qarşılayıb. Bu barədə məlumatı Ukrayna mediası – Novini.Live yayıb.

Qeyd edək ki, danışıqlar Çırağan sarayında baş tutacaq və görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.

Danışıqların gündəliyinə humanitar məsələlər, hərbi gərginlik zonaları və mümkün atəşkəs mexanizmləri daxil ola bilər. Tərəflərin müzakirələri ilə bağlı əlavə detallar gözlənilir.

Error loading player: No playable sources found

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR