İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Moskva səmasını təhlükəli hala gətirdi

Türkmənistanın hava şirkəti olan "Türkmənistan" Aşqabaddan Moskva şəhərinə uçuşların dayandırılması müddətini oktyabrın 28-dək uzadıb.

Musavat.com xəbər verir ki, aviaşirkət ilkin mərhələdə uçuşları avqustun 1-dən 22-dək dayandırmışdı. Bu zaman əsas kimi Moskva səmasında uçuşların təhlükəsizliyi ilə bağlı problemlər göstərilmişdi.

"Türkmənistan" Aşqabada uçmaq istəyən şəxslərə Kazandan uçmağı təklif edir.

Qeyd edək ki, Ukrayna Moskvaya dron hücumlarını getdikcə artırır. Hücumlar bir çox hallarda Moskvanın əsas hava limanlarında uçuşların saatlarla dayandırılmasına səbəb olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR