İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna MN-dən Baxmut açıqlaması: "Qızğın döyüşlər..." SON DƏQİQƏ

“Ruslar Baxmutda təmas döyüşləri başlayıb."

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. 

Agentliyə danışan Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən biri polkovnik Dmitri Zavorotnyuk deyib ki, hazırda yaxın təmas döyüşləri başlayıb və çox şiddətli şəkildə davam edir: "Düşmən 5-6 nəfərlik kiçik qruplar şəklində hücum əməliyyatlarını davam etdirir. Baxmut qorunmalıdır. İndiki vəziyyətdə biz rusları ciddi itkilərə məruz qoymuşuq. Onlar bizim geri çəkilməyimizi gözləyirlər. Əgəb bu olsa, ruslar başqa bir istiqamətdə hücuma başlayacaqlar.

Xatırladaq ki,  altı aydan çoxdur Donetsk vilayətinin Baxmut şəhərində Rusiya və Ukrayna Silahlı Qüvvələri arasında gərgin döyüşlər gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR