İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna məğlub olsa, məsuliyyəti biz daşıyacağıq

Konqres Kiyevə əlavə yardımı təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

"Konqres üzvləri ilə danışdım. Düşünürəm ki, onlar vəziyyətin ağır olduğunu başa düşürlər. Kiyevin ehtiyac duyduğu bu maliyyəni təmin edə bilməsək, Ukraynanın məğlubiyyətindən məsuliyyət daşıyacağıq. Buna birbaşa büdcə dəstəyini də daxil edirəm, çünki bu, həyati əhəmiyyət kəsb edir. Ukraynada sadəcə olaraq pul tükənir. Kiyev vergidən əldə etdiyi hər senti hərbi maaşlara və müdafiəyə xərcləyir. Onları dəstəkləmək üçün göndərdiyimiz vəsait olmasaydı, məktəbləri, xəstəxanaları və ya təcili yardım xidmətləri olmazdı", - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR