Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) məlumatına görə, Ukrayna dronları tərəfindən Krım ərazisində Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinin əsas elementləri – radarlar və raket buraxılış qurğusu məhv edilib.
Musavat.com xəbər verir ki, zərbə nəticəsində iki ədəd çoxfunksiyalı idarəetmə radiolokasiya stansiyası 92N2E, iki ədəd 91N6E aşkaretmə radiolokasiya stansiyası və bir ədəd S-400 zenit-raket kompleksinin buraxılış qurğusu sıradan çıxarılıb.
Qeyd olunur ki, radarlar düşmənin hava hücumundan müdafiə sisteminin “gözləri” hesab olunur. Onlar olmadan zenit kompleksləri döyüş qabiliyyətini itirir.
Görüntüləri təqdim edirik:
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ