Onlayn ictimai-siyasi qəzet
Musavat.com APA-ya istinadla xəbər verir ki, bu axşam Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş verən partlayış və yanğın hadisəsi ilə bağlı aidiyyəti qurumların rəhbərləri əraziyə baxış keçirirlər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov da hadisə yerinə gəliblər. Onlar kinostudiyanın ərazisində vəziyyətlə tanış olub, baş vermiş hadisənin nəticələri və səbəbləri barədə ilkin məlumatları yerində öyrəniblər.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir, yanğının tam söndürülməsi və partlayışın səbəblərinin araşdırılması istiqamətində operativ işlər görülür. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ