İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatının rəhbəri AXTARIŞA VERİLDİ

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.

Xatırladaq ki, oktyabrın 3-də Rusiya İstintaq Komitəsi Kirill Budanova qarşı ittiham irəli sürüb. Bildirilib ki, istintaq onu axtarışa vermək və qiyabi həbs etmək niyyətindədir.

2022-ci ilin aprelində Budanova qarşı 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda Krım körpüsünə edilən hücumlarla bağlı iş açılıb. Moskvanın Lefortovo Rayon Məhkəməsi tərəfindən o, iki ay müddətinə qiyabi həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR