İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatından Əsəd rejiminin çöküşünə eyham: "Biz də orada idik"

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Bəşər Əsəd rejiminin zəifləməsi və ya çöküşündə Ukrayna kəşfiyyatının dolayı iştirakı ola biləcəyinə işarə edib.

“Hamı öz işini gördü. Türklər də işlədi, bəlkə biz də hardasa orada yaxınlıqdan keçdik,” - deyə Budanov bildirib.

Musavat.com xəbər verir ki, onun bu açıqlaması geniş müzakirələrə səbəb olub və Ukrayna kəşfiyyatının Suriyadakı proseslərdə nə dərəcədə iştirak etdiyi barədə suallar doğurub. Ekspertlər bunun Ukraynanın bölgədəki təsir dairəsini göstərən qeyri-rəsmi mesaj ola biləcəyini düşünürlər.

Hazırda rəsmi Dəməşq və digər tərəflər Budanovun bu bəyanatına cavab verməyib. Təhlilçilər isə bu sözlərin həm Suriya münaqişəsinə, həm də regiondakı geosiyasi vəziyyətə yeni diqqət çəkə biləcəyini bildirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR