İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı yerli kilsələrdə rus hərbçilərinin anbarlarını aşkar etdi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) cümə günü dörd regionda - Xerson, Kirovoqrad, Dnepropetrovsk və Rovno vilayətlərində Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığı) binalarında aparılan axtarışların nəticələrini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, xüsusilə, Xerson vilayətindəki Müqəddəs İohann Kronştadt kilsəsinin ərazisində “Rusiyanın işğal qrupları”na məxsus böyük anbarlar saxlandığı ortaya çıxıb. Həmin anbarların təchiz edilməsində kilsənin rəhbəri, protierey Anatoli Kornev xüsusi rol oynayıb.
SBU ukraynalı keşişin işğal administrasiyasının rəhbərliyi ilə əlaqə qurduğunu və Rusiya FTX-nin nümayəndələri ilə birbaşa əlaqə saxladığını təsbit edib. Kornevin özü Xersonun azad edilməsi zamanı Dnepr çayının sol sahilində yoxa çıxıb.

Xüsusi xidmət axtarışlar zamanı kilsələrdən “Kremlyönlü ədəbiyyat, Ukraynada qadağan olunmuş siyasi partiyaların təşviqat vərəqələri və Rusiya simvolları” aşkar etdiyini bildirir. Rovno vilayətindəki Müqəddəs Üçlük Mejiritski monastırının ərazisində Ukraynada xain elan olunan Viktor Medvedçukun rəhbərlik etdiyi birliyin təbliğat materialları ortaya çıxarılıb.

Ukrayna hökuməti yerli kilsə xadimlərinin bir hissəsini Rusiyaya çalışmaqda, vətəni satmaqda ittiham edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR