İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı ŞOK PROQNOZ - 2050-ci il üçün qorxulu STATİSTİKA

2050-ci ilə Ukraynanın əhalisi 25 milyon nəfərə, 2100-cü ilə isə 15 milyon nəfərə enəcək.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb. 

Məlumatda bildirilir ki, müharibə Ukraynada on minlərlə mülki şəxs və əsgərin həyatına son qoyub. Azı 5 milyon insan qaçqın vəziyyətindədir və ölkə xaricində yaşayır, ölkənin beşdə biri – yəni 5 milyon nəfər isə Rusiya işğalı altındadır.

Nəşr qeyd edir ki, ölkənin demoqrafik göstəriciləri müharibədən əvvəl də dünyada ən pisi olub. Hazırda isə uşaqları olmalı olan əhali hissəsi əhəmiyyətli dərəcədə azalıb: qadınların əksəriyyəti ölkəni tərk edib, kişilər isə ya ölüb, ya da yaralanıb.

Eyni zamanda, ölkədə əhalinin qalan hissəsi stress, iqtisadi durğunluq və yoxsulluq içində yaşayır. Onların hamısı ya ailə qurmağa hazır deyil, ya da istəmir.

Ukrayna hakimiyyəti isə müharibə bitdikdən sonra ölkəni tərk edənləri geri qayıtmağa inandırmağa ümid edir, xüsusən də onların əksəriyyəti gənc, təhsil almış mütəxəssislər və qadınlardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR