İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı SENSASİON məlumat

Ukraynanın əks-hücum əməliyyatı ilkin mərhələdə Qərb analitiklərinin gözləntilərini tam doğrultmayıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın məlumatına əsasən, Qərbin hərbi ekspertləri Rusiya qüvvələrinin müdafiədə gözlədiyindən daha çox bacarıq nümayiş etdirdiyini vurğulayırlar.

"Əks-hücum hələ ki, heç bir cəbhədə gözləntiləri doğrultmur" - deyə mənbələrdən biri qeyd edib.

Qərbin dəyərləndirmələrinə görə, Rusiyanın müdafiə xətləri yaxşı möhkəmləndirilib və bu, Ukrayna qüvvələrinin sədləri keçməsini çətinləşdirir. Bundan əlavə, Rusiya qoşunları raket zərbələri və minalarla Ukraynanın zirehli texnikasının qarşısını uğurla alır, həmçinin hava gücündən daha səmərəli istifadə edir.

Qaynaqların verdiyi xəbərə əsasən, Ukrayna qüvvələri minalanmış sahələrə qarşı "həssas", Rusiya qüvvələri isə onları qorumaqda "bacarıqlıdır".

Lakin Qərb ekspertləri əks-hücumun hələ ilkin mərhələdə olduğunu vurğulayırlar. Onlara görə, ABŞ və onun müttəfiqləri Ukrayna qüvvələrinin zamanla ərazi uğurları əldə edə biləcəyinə dair nikbinliklərini qoruyub saxlayırlar.

Bundan əlavə, Ukrayna ordusu Rusiyanın taktikasına və müdafiəsinə getdikcə daha çox uyğunlaşır. Ukrayna silahlı qüvvələri son günlərdə piyadalardan istifadə etməklə daha uğurlu əməliyyat keçirir. Hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri Rusiya təyyarələrini vurmaqda ustalaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR