Onlayn ictimai-siyasi qəzet
Ukrayna artıq 2-ci gecədir ki, Rusiya paytaxtına pilotsuz təyyarələrlə hücum edir.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, axşam saat 9-dan səhər 4-ə qədər hava hücumundan müdafiə qüvvələri Ukraynanın 105 pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.
Rusiya paytaxtının 4 əsas hava limanı təhlükəsizlik məqsədilə bu gecə 1 neçə saatlıq bağlanıb.
Moskva meri Sergey Sobyanin sosial şəbəkədə bildirib ki, ən azı 19 pilotsuz təyyarə müxtəlif istiqamətlərdən şəhərə çatana qədər məhv edilib. Onun sözlərinə görə, bəzi dağıntılar şəhərin əsas magistrallarından birinə düşüb, lakin tələfat yoxdur.
Səhər saatlarında Xarkov meri İqor Terexov bildirib ki, şəhər 8 yerdə şəhərin 4 rayonunda rusların istifadə etdiyi “Shahed” dronları tərəfindən 20 zərbəyə məruz qalıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Xarkovda Rusiyanın hücumu nəticəsində 6 yanğın baş verib, 4 nəfər xəsarət alıb. Odessa vilayətinin rəhbəri Oleq Kiper bildirib ki, Rusiya pilotsuz təyyarəsinin endirməsi nəticəsində Odessada bir nəfər ölüb. Onun sözlərinə görə, gecə saatlarında bir sıra mülki infrastruktur obyektlərinə, o cümlədən fərdi evlərə ziyan dəyib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, ölən 29 yaşlı şəhər sakini elektrik xəttinin zədələnməsi səbəbindən ölümcül termik yanıqlar alıb.
Digər 19 yaşlı zərərçəkən isə yanma məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Artıq 2-ci gecədir ki, Rusiya pilotsuz təyyarə hücumu barədə məlumat verir - mayın 5-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bir gecədə 26 Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini açıqladı. Məlumatları hələ dəqiqləşdirilməmiş rusiyalı hərbi bloggerlər Moskvanın cənubundakı mənzillərin pəncərələrinin sınması barədə yazır. Rusiyanın Penza və Voronej şəhərlərinin rəhbərləri də bildiriblər ki, onların şəhərləri mayın 6-na keçən gecə pilotsuz təyyarələrlə hücuma məruz qalıb. 2025-ci il martın 11-nə keçən gecə Rusiya şəhərləri kütləvi dron hücumuna məruz qaldı - bu, Ukrayna ilə bütün müharibədə ən böyük hücumdur.
Mart ayında Moskvaya edilən pilotsuz təyyarə hücumu Böyük Müharibə başlayandan bəri şəhərdə ən böyük hücum idi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, burada 300-dən çox pilotsuz təyyarə iştirak edib. 3 nəfərin öldüyü hücumdan ən çox Moskva bölgəsi zərər çəkib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ