Onlayn ictimai-siyasi qəzet
Kursk vilayətində əsir düşmüş Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri sensasiyalı açıqlamalar veriblər. Onların sözlərinə görə, komandanlıq onlara rus dilində danışan hər kəsi öldürməyi əmr edibmiş.
TASS-ın yayımladığı videoda əsirlər öz sözlərini təsdiqləyərək, verilən əmrin qeyri-insani və qanunsuz olduğunu bildirirlər. Videoda əsirlərin ifadələri qarlı meşəlik ərazidə çəkilib, vəhşiliklə bağlı detallar üzə çıxır.
Musavat.com sözügedən videonu təqdim edir. Lakin buradakı açıqlamanın gerçək olma ehtimalının da olmadığı videodan aydın görünür. Bu şəraitdə, diz çökdürülmüş və qolları bağlı durumda olan əsirlər düşmən tərəf nə istəsə, danışacağı aydındır.
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ