Onlayn ictimai-siyasi qəzet
Ukrayna Xarkovdan Zaporojyeyə qədər genişmiqyaslı müdafiə xətti inşa edir ki, Rusiyanın mümkün yay hücumunu dayandıra bilsin.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qəzetin məlumatına görə, Ukrayna ordusu üç mərhələli tank əleyhinə xəndəklər qazır, metal spiral tellərlə təchiz olunmuş gözə çarpmayan tikanlı məftil maneələri yerləşdirir və beton maneələr, "əjdahanın dişləri" qurur.
Bundan əlavə, ikinci qat tikanlı məftil də çəkilir.
WSJ qeyd edir ki, möhkəmləndirmələrin inşası davamlı atəşlər, mühəndislərin və xüsusi texnikanın çatışmazlığı səbəbilə çətinləşir.
Əsgərlər tez-tez səngərləri əllə qazmalı və müdafiə qurğularını birbaşa döyüş xəttində qurmalı olurlar.
Məqalədə deyilir ki, Ukrayna hakimiyyəti vəziyyətin ciddiliyini anlayır: 2024-cü ildə istehkamların tikintisinə 1,1 milyard dollar ayrılıb. Lakin bu səylər Rusiyanın təzyiqlərinə qarşı effektiv müqavimət üçün kifayət etməyə bilər.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ