İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Saratov və Enqelsə hücum etdi: Neft bazası alovlanır


Gecə saatlarında Ukrayna tərəfindən kütləvi dron hücumu nəticəsində Rusiya Federasiyasının Saratov və Enqels şəhərlərində vəziyyət gərginləşib.

Musavat.com xəbər verir ki, Saratov vilayətinin qubernatoru Roman Busarqinin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçan aparatları (PUA) vurub. Buna baxmayaraq, dron qalıqları Enqelsdə sənaye obyektinə düşüb.

Hadisə yerində hazırda yanğınsöndürmə briqadaları və fövqəladə xidmətlər fəaliyyət göstərir. Əsasən neft bazasında yaranan yanğının qarşısını almaq üçün intensiv işlər davam edir.

Hücumla bağlı rəsmi qurumlar əlavə məlumatların yaxın zamanda veriləcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR