Onlayn ictimai-siyasi qəzet
4 yanvar gecəsi Ukrayna dronları Rusiyanın müxtəlif bölgələrinə hücum təşkil edib.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri ümumilikdə 16 dronu məhv edib:
Leninqrad vilayətinin rəhbəri isə iki ayrı dron hücumunun baş verdiyini bildirib.
Belqorod vilayətində bir kişi yaralanıb və elektrik xətləri zədələnib. Digər bölgələrdə isə yerli hakimiyyət orqanlarının məlumatına əsasən, dağıntılar və itkilər qeydə alınmayıb.
Səhər saatlarında isə Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin qəbul və buraxılması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib, bu barədə "Rosaviatsiya" məlumat yayıb.
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ