İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna deputatı: Zelenski Azərbaycan qazı mövzusunda həqiqəti gizlədir

Ukrayna Ali Radasının həbsdə olan deputatı Aleksandr Dubinski bildirib ki, Prezident Vladimir Zelenski Azərbaycan qazı ilə bağlı insanları aldadır.

Musavat.com xəbər verir ki, Dubinski öz "Telegram" kanalında qeyd edib ki, Ukrayna boru xəttində Azərbaycan qazının fiziki olaraq mövcud olması mümkün deyil.

"Aydın məsələdir ki, həmin boruda yalnız Rusiya qazı ola bilər. Fiziki səbəblərdən Azərbaycan qazı əvvəlcə Rusiyaya daxil olur. Yəni Azərbaycan öz qazını Rusiyaya ötürür, Rusiya isə həmin həcmdə qazı bizə verir," – deyə Dubinski vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR