İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Buça qətliamına görə Rusiyanın ən sərt şəkildə cəzalandırılmasını tələb edir

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya hərbçilərinin Buça şəhərində qəsdən mülki insanları öldürdüyünü bəyan edib.

Musavat.com xarici agenltiklər isitnadən xəbər verir ki, bu barədə o, özünü tvitter səhifəsində yazıb.

“Buça qətliamı qəsdən törədilib. Rusiyalılar daha çox ukraynalını öldürmək istəyirlər. Biz onları durdurmalı və qovmalıyıq. Ona görə də mən G7 ölkələrindən indi ən dağıdıcı sanksiyaların tətbiq olunmasını tələb edirəm. Buraya neft, qaz, kömür embarqosu, Rusiya gəmiləri üçün bütün limanların bağlanması, Rusiyanın bütün banklarının SWIFT-dən ayrılması da daxildir”, - deyə o, bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simons Rusiya ordusunu qadınları qəsdən zorlamadan hərbi silah kimi istifadə etməkdə suçlayıb. O, rus əsgərlərinin törətdiyi vəhşilklərdən şok olduğunu bildirib.

Buça şəhərinin meri Anatoli Fedorçuk şəhərdə 300-ə yaxın insanın basdırıldığı kütləvi məzarın aşkar edildiyini, küçələrin əli qolu bağlı cəsədlərlə dolduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR