Onlayn ictimai-siyasi qəzet
Ukraynanın "Naftoqaz" şirkəti sentyabrda Avropa İttifaqından qaz almağa başlamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə RBC-Ukrayna agentliyi şirkətdəki mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, alış 600 milyon kubmetrə qədər ola bilər. Alınan qaz Ukraynanın yeraltı anbarlarına vurulacaq.
İyulun sonunda "Naftoqaz" açıqlamışdı ki, Ukraynanın yeraltı anbarlarında qazın həcmi 10 milyard kubmetri keçib, qış mövsümünü rahat keçirmək üçünsə 13.2 milyard kubmetrə ehtiyatın yaradılmasına ehtiyac var. Ötən il Ukrayna ehtiyacı olan 14,7 milyard kubmetrə qarşı 15 milyard kubmetrdən çox ehtiyat yaratmışdı.
Musavat.com
20 Aprel 2025
08:04 Qlobal iqtisadiyyat Trampın rüsum siyasətinin ilk təsirlərini hiss etməyə başlayıb - Bloomberg
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ