Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun dəvəti ilə keçirilən Transatlantik şam yeməyində iştirak ediblər.
Musavat.com xəbər verir ki, tədbirdə həmçinin NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas, eləcə də İsveçrə və Ukrayna xarici işlər nazirləri iştirak edib.
Şam yeməyi zamanı ABŞ dövlət Katibi Trampın nailiyyətlərini qeyd edərək vurğulayıb ki, “Azərbaycan və Ermənistan möhkəm sülh yoluna qədəm qoyublar”.
Bu, regionda uzunmüddətli sülh və əməkdaşlıq istiqamətində əhəmiyyətli bir mesaj kimi qiymətləndirilir.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ