Onlayn ictimai-siyasi qəzet
Ukrayna tam atəşkəsdən sonra sülh danışıqlarına hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Almaniyanın “Die Zeit” nəşrinə müsahibəsində bildirib.
O bildirib ki, müəyyən məsələlər Rusiya ilə müzakirə edilməlidir:
"Biz sülh istəyirik, lakin təkcə bizdən asılı deyil. Hər şey Ukraynadan asılı olsaydı, bu müharibə çoxdan bitərdi. Amma reallıq budur ki, Rusiya təcavüzü dayandırmaq üçün səmimi istək nümayiş etdirmir. Təxminən 50 gün əvvəl Prezident Tramp 30 günlük tam atəşkəs təklif etdi, biz razılaşdıq. Rusiya isə paradla cavab verdi".
Bəs Ukrayna 9 mayda paradı vuracaqmı? Proseslər hara doğru gedir?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Kiyevdə yaşayan hərbi ekspert Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ