Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, UEFA 2024-cü il Avropa Çempionatının son 16 turunda Türkiyə Milli Futbol Komandasının Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi matçda Merih Dəmirala qarşı "qeyri-münasib davranış"a görə istintaq başladıb.
Turnirin 1/4 finalına yüksələn Türkiyə millisinin heyətində Avstriya ilə qarşılaşmada hər iki qolu vuran Merih Dəmiral bozqurd işarəsi ilə günə damğa vurub.
Musavat.com xəbər verir ki, UEFA-nın intizam araşdırması başlatmasından sonra 26 yaşlı ulduz müdafiəçi rəsmi sosial media hesabında paylaşım edib.
“Nə mutlu türkəm deyənə” - paylaşımda qeyd edilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ