İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, keçirilən oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşib.

Finala gedən yolda İspaniya təmsilçisi “Atletik” İngiltərənin “Mançester Yunayted" klubu ilə qarşılaşacaq.

Digər cütdə isə İngiltərənin “Tottenhem” və Norveçin “Budyo Qlimt” kollektivləri güclünü ayırd etməyə çalışacaqlar.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab görüşləri

“Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) 2:0

İlk oyun - 0:0.

“Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) 5:4

İlk oyun - 2:2.

“Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) 0:1

İlk oyun - 1:1.

“Latsio” (İtaliya) - “Budyo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3)

İlk oyun - 0:2.

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR