İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçtərəfli bəyanatdan sonra ölən və xəsarət alanların sayı bilindi

2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 11-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib.

Musavat.com xəbər verir ki, onlardan 55 nəfəri həlak olub, 251 nəfəri isə yaralanıb.

O cümlədən, 42 mülki şəxs həlak olub, 101 nəfər isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb.

Həmin dövrdə 47 461 ədəd partlamamış hərbi sursat, 29 568 ədəd piyada əleyhinə, 17 028 ədəd isə tank əleyhinə mina aşkar edilib.

Bu dövr ərzində 965,587.994 kv.m ərazi (96 558,8 ha) mina və digər partlayıcı qurğulardan təmizlənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR