Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır qəza törətmiş taksi sürücüsünə yeni avtomobil hədiyyə olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, bundan əlavə BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfovun xərcləri, həmçinin bank borcları da qarşılanacaq. Borcları qarşılayan şəxs adının açıqlanmasını istəməyib.
Bu barədə məlumat verən sürücünün gəlini həmçinin bildirib ki, Anar Nəcəfovun bu qəzanı törətməsinin səbəbi sadəcə olaraq qıcolmasının tutmasıdır. O bildirib ki, sürücü haqqında "narkoman olub" rəylərini yazanlar yanlışlığa yol veriblər və onlar bu kimi rəylərdən çox məyus olublar.
ŞƏRHLƏRŞƏRH YAZ