İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç türk dövləti Xəzərin dibi ilə enerji xətti çəkəcək: Daşkənddə mühüm sənəd imzalandı

Daşkənddə Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat açıqlayıb.

Nazir "X" hesabında qeyd edib: "Özbəkistana işgüzar səfər çərçivəsində bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalanıb"

M.Cabbarov əlavə edib ki, Bakı, Astana və Daşkənd həmçinin yaşıl enerjinin istehsalı və onun Avropaya ixracı üzrə birgə məqsədlər müəyyən edib: “Memorandum yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisindən keçməklə Avropa bazarlarına ixracı üzrə birgə məqsədlərin həyata keçirilməsini stimullaşdıracaq”.

Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, memorandum iştirakçıların Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksək gərginlikli kabel çəkməklə texniki və iqtisadi baxımdan ən optimal yaşıl enerji ticarətinin həyata keçirilməsi ilə Azərbaycan və Qazaxıstan və Özbəkistandan enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq niyyətində olduğunu nəzərdə tutur.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qeyd edib ki, əvvəllər Xəzərin dibi ilə dərin dəniz kabelinin çəkilməsi üçün texniki şərt layihəsi hazırlanıb: “Yuxarıda göstərilənlərə əsasən, texniki tapşırığın bir hissəsi olaraq yaşıl enerjinin satışı üçün beynəlxalq ötürmə dəhlizlərinin (maliyyələşdirmə, gəlir axını və mülkiyyət) inkişafı üçün təklif olunan biznes modeli hazırlanacaq. Üç ölkənin energetika nazirlikləri arasında Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemləri arasında qarşılıqlı əlaqə üzrə əməkdaşlıq memorandumunun layihəsi hazırlanıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR