İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç dövlət Qara dənizi minalardan təmizləmək istəyir

Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə hərbi əməliyyatlar nəticəsində ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib.

“Əməliyyat iki ay ərzində hazırlanıb və bu barədə məlumat açıqlanmayıb. Hazırda bəzi xırda detallara aydınlıq gətirilməlidir. İnanıram ki, bu əməliyyat tezliklə başlayacaq”, - deyə nazir bildirib.

Taqarev dəqiqləşdirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş gözlənilmir. Sonrakı mərhələdə birgə əməliyyata gürcü mütəxəssisləri də cəlb etmək mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR