İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç “Ay-ulduz”lu ölkənin birliyindən Rusiya mediası təlaşa düşüb

İddia olunur ki, Türkiyə, Pakistan və Azərbaycanın timsalında Ankara anti-Avropa koalisiyası toplayır

İyulun 21-də İstanbulda Türkiyə, Pakistan və Azərbaycan parlamentlərinin spikerləri Mustafa Şentop, Raca Pərvaz Əşrəf və Sahibə Qafarovanın ikinci görüşü keçirilib. Tərəflər arasında İstanbul bəyannaməsi imzalanıb.

Bəyannaməyə əsasən, hər üç ölkə regional inteqrasiyanı təşviq edən, nəqliyyat, ticarət, enerji, xalqlar arasında münasibətlər, təhsil, mədəni mübadilə və turizm sahələrində əməkdaşlığı davam etdirəcək. Tərəflər, həmçinin, ümumi təhdidlərlə bağlı birgə hərəkət etmək barədə razılığa gəliblər. Bəyannamədə Azərbaycana azad edilən Qarabağ ərazilərinin yenidən qurulmasına dəstək ifadə olunub və Kəşmir münaqişəsi ilə bağlı mövqe təsdiqlənib. 3 ölkənin fikrincə, bu münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməlidir.

Qəribədir ki, Rusiyanın bəzi media orqanları 3 ölkənin birgə əməkdaşlığından ciddi narahat olmağa başlayıblar.(Bakı-xeber.com) Bunu potensial təhdid kimi təqdim edirlər. Qeyd edilir ki, Türkiyə, Pakistan, Azərbaycanın timsalında Ankara anti-Avropa koalisiyası toplayır. İddia olunur ki, Türkiyə, Pakistan və Azərbaycan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan faydalanır. Türkiyə şirkətləri Rusiyada nüfuz dairəsini genişləndirir və s.

Bayrağında “ay-ulduz”olan üç müsəlman ölkəsinin birliyi niyə Rusiya mediası tərəfindən bu cür qıcıqla qarşılanır?

Dünyada 2 milyard insan qalmalıdır: Korona planı bu tarixdə bitəcək

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Rusiya dövlət adamlarının getdikcə ətrafı doğru-dürüst qavramaq imkanları seyrəlir: “Başdanxarabların rəyləri Rusiya mətbuatında əksini tapır. Bir neçə gün əvvəl Sergey Şoyqu bəyanat verdi ki, keçmiş SSR-in sərhədlərini biz bərpa edəcəyik. Bundan əvvəl keçmiş prezidentləri Dmitri Medvedyev bir sayıqlama gündəmə gətirdi, dedi ki, Ukraynadan sonra biz Qafqaza hücum edəcəyik. Halbuki ortada 22 fevral 2022-ci ildə imzalanan 43 bəndlik, ikitərəfli bəyannamə var. Rusiya ilə Azərbaycanın imzaladığı həmin bəyannaməni qarşı tərəf istədiyi vaxt poza biləcəyini gizlətmir. Azərbaycanın Türkiyə və Pakistanla üçtərəfli müqavilə imzalaması da təsadüfi deyil. Azərbaycan özünü sığortalayır. Dünya yeni bir düzənə yön alıb. Rusiyanın  çox ciddi problemləri var. Amerika istəyir ki, Rusiyaya ikinci, üçüncü cəbhə açsın. Burada Çin, İran, Əfqanıstan variantları var. Bütün bunların fonunda Rusiya İranla birlikdə sanksiya altındadır. ”Əkiz bacılar" vəziyyətdən çıxmaq üçün Azərbaycana hücum etmək variantını seçiblər. SEPAH Azərbaycana şər atır, İranın əlində olan mətbuat ölkəmizə hədyanlar yağdırır. Rusiyada Azərbaycana nifrətin səbəbləri var. Küncə qısılmış Rusiya özünü pələng hesab etsə də, əslində kiçilib pişik səviyyəsinə enib. Hər tərəfə cırmaq atır".

Politoloq deyir ki, Rusiyanın Azərbaycana aqressiv münasibətinə cavab olaraq sülhməramlı kontingent ölkə ərazisindən çıxarılmalıdır: “Əslində Qarabağdakı rus qoşunları orada pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Sülhdən başqa hər bir işin altına girirlər. BMT mandatı olmadan  rus qoşununun Qarabağda olması da qanunsuzdur”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Politoloq bildirir ki, son zamanlar Azərbaycanda, Özbəkistanda və Qazaxıstanda aparılan tədqiqat işləri Rusiya tərəfində ciddi narahatlıq doğurub: “Qarabağda ermənilərin tarixi abidələri dağıtmasını hələ 16-17-ci əsrdə ruslar Qızıl Orda türk dövlətinə qarşı ediblər. Qızıl Ordanın tarixdə izlərini silmək üçün bütün tarixi abidələri kərpic-kərpic söküblər. Bu gün Rusiyanın Türkiyəyə gücü çatmır, eyni zamanda Türkiyədən çəkinirlər. Türkiyə ilə Pakistanın yanında Azərbaycan bunların gözünə daha zəif görünür. Buna görə də Azərbaycana qarşı çıxırlar, Azərbaycan əleyhinə təbliğat aparırlar. Rusiyanın 3 dövlət telekanalı səhər-axşam anti-Azərbaycan təbliğatı aparır. Məlumdur ki, həmin telekanalların arxasında dövlət orqanları, xüsusi xidmət orqanları dayanırlar. Bu gün Azərbaycanda ən güclü ”5-ci kolon" Moskva ilə əlaqəlidir. Üzdə Ramiz Mehdiyev kimi adamları var. Onun da ətrafında bizim millətin qanını içməyə hazır olan erməni diasporası, Rusiya sevdalıları var. Rusiya mətbuatında anti-Azəbaycan mövqeyinin hakim olması həm də buradakı nümayəndələrinə bir növ mesajdır. Özlərinin buradakı nümayəndələrinə demək istəyirlər ki, Azərbaycan sərhədləri bağlı saxlasa da, biz çalışacağıq ki, ölkəni qarışdıraq. Azərbaycanın əhalisi Rusiya əhalisindən 15 dəfə azdır. Ərazisi isə 1500 dəfə Rusiya ərazisindən kiçikdir. Belə bir dövlət Azərbaycanla mübarizə aparırsa, deməli, Azərbaycan çox güclü dövlətdir. Rusiya Azərbaycana qarşı mübarizə aparırsa, bu, Azərbaycanın güclü olmasını, Rusiyanın isə gücsüzlüyünü ortaya qoyur".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR