İnsanlara hürriyət, millətlərə istiqlal!

TV Musavat qayıtdı, bu gün yayın başlayacaq!

"TV Müsavat kanalımızı qaytardıq. İdarəetmə bizdə! Yayına hazırlamaq üçün bir neçə saatlıq iş qalıb. Dəstək olan, əməyi keçən hər kəsə təşəkkür edirəm!"

Musavat.com xəbər verir ki, bu məlumatı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu özünün Facebook səhifəsində paylaşıb.

Xatırladırıq ki, son 3 gündə 287 min abunəsi olan TV Musavat Youtube televiziyamız naməlum hakerlər qurupu tərəfindən ələ keçirilmişdi. Onun geri qaytarılması üçün əməkdaşlarımız, xaricdə yaşayan nüfuzlu dostlarımız və Azərbaycan dövlətinin müvafiq qurumları birgə fəaliyyətə başladılar. Nəticə uğurludur, Tv Musavat izləyicilərini və kollektivini təbrik edirik.

R. Arifoğlunun Musavat.com -a verdiyi daha bir məlumatda isə vurğulanır ki, bu hadisə "Azərbaycanımızın informasiya təhlükəsizliyinə təhdid yaratdı, buna görə də dövlətin müvafiq qurumları məsələyə ciddi yanaşır, onu araşdırırlar. Proses bu təhdid qaynağı tapılıb, aradan qaldırılana qədər davam edəcək. Bu barədə bir sıra maraqlı məlumatlarım var, lakin məndən xahiş olunub ki, hələlik bunları açıqlamayım".

Foto Rauf Arifoglu.jpg

R. Arifoğlu bu 3 gün ərzində dəstək olan, kömək təklif edən, prosesə qatqısı olan hər kəsə təşəkkür edib: "Prezident Administrasiyasının Kommunikasiya şöbəsinə, DTX -ya, ETX-ya, Mətbuat Şurası İdarə Heyətinə, MEDİA Agentliyinə, bizi arayıb, yanımızda olduqlarını bizzat söyləyən dövlət yetklilərinə, millət vəkillərinə, həmkarlarıma, öz efirlərini bizə təklif edən LAF TV-yə, Reaksiya TV -yə, APA TV -yə, Prime TV-yə, Kanal 13-ə minnətdaram. Bu jestlər, bu dəstəklər bizim üçün çox qiymətlidir və unudulmayacaq."

YM Media Qrupunun rəhbəri onu da deyib ki, TV Musavat qaytarılsa da, problem və təhdid yerində qalır. Hər kəs diqqətli və ayıq olmalıdır. Hər bir internet resursu kiber təhdid altındadır. Bu qurupun məqsədi Azərbaycana zərər verməkdir. Müvafiq dövlət qurumları fəaliyyət göstərirlır, onlarda ciddi məlumatlar var, yəqin xüsusi açıqlama da olacaq. Lakin hər bir resurs da bundan belə müdafiə sistemini gücləndirməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR