İnsanlara hürriyət, millətlərə istiqlal!

Tusk Polşada Kaçinskinin PiS epoxasının başa çatdığını elan edib


Polşanın ən böyük müxalif “Vətəndaş koalisiyası” təşklatının lideri Donald Tusk ölkəyə son səkkiz ildə rəhbərlik etmiş Yaroslav Kaçinskinin “Qanun və ədalət” (PiS) partiyasının hakimiyyət dövrünün başa çatdığını və demokratik müxalifətin qələbə çaldığını bəyan edib.

“Bu, pis zamanların sonu, PiS qaydasının sonudur. Biz onları hakimiyyətdən uzaqlaşdırdıq”, - Tusk respublikada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra deyib. “Bu gün artıq deyə bilərik ki, bu, PiS-in gücünün sonudur. Biz demokratiyanı, azadlığı, Polşamızı qazandıq”, - deyə o əlavə edib.

“Məsələ ondadır ki, rəqiblərin bu uğurunu bizim yeni hakimiyyət dövrümüzə çevirmək mümkün olacaqmı? Biz bunu hələ bilmirik”, – Kaçinski öz növbəsində deyib və bununla da partiyasının zəif nəticəsini etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR