İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan vətəndaşlarına xaricdə boşanmaq qadağan ediləcək

Türkmənistanın Ədliyyə Nazirliyi xaricdə nikahların pozulmasına qadağa tətbiq etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

Bildirilir ki, Türkmənistan vətəndaşlarının boşanma hallarının 52%-i Türkiyəyə işləmək üçün gedənlərə aiddir.  Həyat yoldaşlarından biri artıq Türkiyədə yaşadığı vaxt boşanıb və ya boşandıqdan sonra bu ölkəyə gedib.

Eyni zamanda, aydın olub ki, boşanmış qadınlar və tənha analar uşaq müavinəti üçün müraciət edir, daha sonra işləmək üçün Türkiyəyə gedirlər. Onlar hər il ödənişlərin qəbulunu uzatmaq üçün şəxsən müraciət etməyə məcburdurlar.

Həmçinin qeyd olunub ki, Türkiyədə türkmən qadınlar yerli vətəndaşlardan və ya türkmən miqrantlarından uşaq dünyaya gətirir və aliment almırlar. Hakimiyyət Türkiyədə fahişəliklə məşğul olanların əksəriyyətinin boşanmış qadınlar olmasından da narahatdır.

Türkmənistan hakimiyyət valideynləri müavinət alan və özləri xaricə gedən uşaqların sayını öyrənmək niyyətindədir.

Bundan başqa, qeyd olunub ki, ölkədən kənarda və ya vəkil vasitəsilə verilən boşanma bundan sonra tanınmayacaq. Yalnız Türkmənistanda alınan sənəd rəsmi boşanma sayılacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR